Daha bir bank zərər edib - 20 milyon manata yaxın

12:29 - 4.11.2019


4 noyabr, Fineko/abc.az. "Bank Melli İran" Bakı filialı 2019-cu ilin 9 ayını (yanvar-sentyabr dövrünü) 19 milyon 315 min manat zərərlə başa vurub.

ABC.AZ xəbər verir ki, bankın 3-cü rübdə (iyul-sentyabr) zərəri 2 milyon 400 min manat da artıb. Filial cari ilin 6 ayını 16 milyon 905 min manat zərər ilə bağlamışdı.

Hesabata əsasən bankın Bakı filialı 2018-ci ilin 9 ayını 1 milyon 800 min manat xalis mənfəətlə başa vurmuşdu.

Qeyd edək ki, "Bank Melli İran" Bakı filialının zərərinin əsas səbəbi bu ili ehtiyatların yaradılmasına 21 milyon 5 min manat ayrılmasıdır. Kredit və depozit itkiləri Bankı zərərə salıb.

2019-cu ilin 9 ayında "Bank Melli İran" Bakı filialının cəmi gəlirləri 2 milyon 833 min manat, ehtiyatların yaradılması xərci xaric cəmi xərclər isə 1 milyon 150 min manat təşkil edib.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər