Bakı-Gəncə qatarının hərəkət cədvəli dəyişdirilir

14:55 - 4.11.2019


4 noyabr, Fineko/abc.az. Qış mövsümünə keçidlə əlaqədar Bakı-Gəncə-Bakı sürətli sərnişin qatarının hərəkət cədvəli dəyişdirilir.

Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC məlumat verir.

Qeyd olunur ki, gündüz vaxtının qısalması səbəbindən və sərnişinlərin müraciətlərini nəzərə alaraq həmin istiqamətdə qatarların qrafiki yenilənib. Noyabrın 12-dən etibarən 702/701 nömrəli Bakı-Gəncə-Bakı sürətli sərnişin qatarı yeni cədvələ uyğun hərəkət edəcək.

Qatar Bakıdan saat 08:45-da yola düşəcək, saat 13:00-da Gəncəyə çatacaq. Gəncədən saat 17:00-da yola düşən qatar isə saat 21:15-də Bakıda olacaq.

Qatarların hərəkət cədvəli ətraflı linkdə qeyd olunub : https://ady.az/az/news/read/1598/43

 

Bütün xəbərlər