"Muğanbank" zərər edib - 8 Milyon manatdan çox

15:28 - 4.11.2019


4 noyabr, Fineko/abc.az. “Muğanbank” 2019-cu ilin 9 ayı (yanvar-sentyabr) üçün maliyyə göstəricilərini açıqlayıb.

ABC.AZ xəbər verir ki, bankın sözügedən dövrdə cəmi gəlirləri 43 milyon 286 min manat, cəmi xərcləri 40 milyon 299 min manat təşkil edib. Gəlirlər xərcləri üstələdiyindən Bankın 2 milyon 987 min manat əməliyyat mənfəəti yaranıb. Lakin Bank mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyata 11 milyon 241 min manat ayırdığından bu ilin 9 ayını 8 milyon 254 min manat xalis zərərlə bağlayıb. 

Qeyd edək ki, Bankın zərəri azalmaqdadır. 2019-cu ilin 1-ci rübünün yekununda "MuğanBank"ın zərəri 13 milyon 264 min manat, 2-ci rübünün yekununda isə 9 milyon 825 min manat idi.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər