Tovuzda “ASAN xidmət”-in tikintisinə 19 mln. 255 min manat ayrıldı

16:40 - 4.11.2019


4 noyabr, Fineko/abc.az. Prezident İljam Əliyev Tovuz rayonunda “ASAN xidmət” mərkəzinin layihələndirilməsi və tikintisinin başa çatdırılması ilə bağlı tədbirlər haqqında Sərəncam imzaladı.

Sərəncama əsasən, Tovuz rayonunda “ASAN xidmət” mərkəzinin layihələndirilməsi və tikintisinin başa çatdırılması məqsədilə 19 milyon 255 min manatı Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə ayrıldı.

 

Bütün xəbərlər