Azərbaycanda şirkətlərin ixrac missiyalarına daxil edilməsi üzrə meyarlar dəyişdirilə bilər

13:47 - 18.12.2017


18 dekabr, Fineko/abc.az. Azərbaycanın  İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) yerli şirkətlərin ixrac missiyasına daxil edilməsi üzrə prosedurları təkmilləşdirilmək niyyətindədir.

AZPROMO-nun  vitse-prezidenti Yusif Abdullayev mətbuat konfransında bildirib ki,  təyin edilmiş və hazırda qüvvədə olan meyarlar  əsasən baza meyarlardır və ixrac təcrübəsinin mövcudluğunu və keyfiyyətini tələb edir.

“Hal-hazırda həmin meyarların dəyişdirilməsinə baxılmır, lakin gələcəkdə,  istehsal və ixrac  edilən məhsulların növündən asılı olaraq, xüsusi meyarların  tətbiqi istisna olunmur”, - deyə Y.Abdullayev bildirdi. 

Onun sözlərinə görə, gələn il, yeni xüsusi meyarlar tətbiq edilə biləcək qeyri-qida məhsulu üzrə ixtisaslaşdırılmış  ixrac missiyasının təşkili planlaşdırılır.

 

 

Bütün xəbərlər