Azərbaycanda pul bazası artıb – 800 Milyon manata yaxın

17:26 - 4.11.2019


4 noyabr, Fineko/abc.az. Azərbaycanda pul bazası noyabrın 1-ə 10 milyard 298,8 milyon manat təşkil edib.

ABC.AZ xəbər verir ki, bu barədə Mərkəzi Bankın yaydığı məlumatda qeyd olunub. Bu rəqəm oktyabrın 1-i ilə müqayisədə 81,5 milyon manat, ilin əvvəli ilə müqayisədə 753,1 milyon manat artıb. Qeyd edək ki, 2018-ci ilin sonuna pul bazası 9 milyard 545.7 milyon manat olub.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər