Doqquz ayda BTC vasitəsilə 24 milyon ton neft ixrac olunub

12:00 - 5.11.2019


5 noyabr, Fineko/abc.az. Cari ilin doqquz ayı ərzində BTC üzrə əməliyyat xərclərinə təqribən 95 milyon dollar, əsaslı xərclərə isə təqribən 25 milyon dollar xərclənmişdir.

Bu barədə ABC.AZ “BP Azerbaijan” şirkətinə istinadən məlumat verir.

Qeyd olunur ki, BTC boru kəməri 2006-cı ilin iyun ayında istismara veriləndən  2019-cu ilin üçüncü rübünün sonunadək bu boru kəməri vasitəsilə ümumilikdə təqribən 440 milyon ton (3,3 milyard barel) xam neft nəql edilmiş və Ceyhanda 4307 tankerə yüklənərək dünya bazarlarına göndərilmişdir.

Doqquz ay ərzində isə BTC vasitəsilə təqribən 24 milyon ton (177 milyon bareldən artıq) xam neft ixrac olunub və bu neft Ceyhanda 222 tankerə yüklənib.

Hazırda BTC boru kəməri əsasən Azərbaycandan AÇG nefti və Şahdəniz kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə digər xam neft və kondensat həcmləri də, o cümlədən Türkmənistan, Rusiya və Qazaxıstan nefti nəql olunur.

 

Bütün xəbərlər