Əhalinin banklardakı əmanətlərinin həcmi açıqlanıb - 8 Milyard manatdan çox olub

12:09 - 5.11.2019


5 noyabr, Fineko/abc.az. 30 Sentyabr 2019-cu il tarixində fiziki şəxlərin banklardakı cəmi əmanətləri 8 milyard 605 milyon manat təşkil edib.

ABC.AZ xəbər verir ki, bu barədə Mərkəzi Bankın yaydığı aylıq statistikada qeyd olunub.

Məlumata görə, 8 milyard 605 milyon manat cəmi əmanətin 75%-ni və ya 6 milyard 459 milyon manatını qısamüddətli (1 ilədək) əmanətlər, 25%-ni və ya 2 milyard 146 milyon manatını uzunmüddətli əmanətlər təşkil edib.Qısamüddətli əmanətlərin 42%-i və ya 2 milyard 722 milyon manatı, uzunmüddətli əmanətlərin isə 51%-i və ya 1 milyard 88 milyon manatı xarici valyutada olub.

Qısamüddətli əmanətlərin 48%-ni və ya 3 milyard 112 milyon manatını cari hesablar təşkil edib.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər