Doqquz ayda AÇG-dən 20 milyon ton neft hasilatı olub

14:03 - 5.11.2019


5 noyabr, Fineko/abc.az. 2019-cu ilin doqquz ayı üçün AÇG-dən (Azəri-Çıraq-Günəşli) ümumi hasilat – Çıraq (41 000), Mərkəzi Azəri (133 000), Qərbi Azəri (121 000), Şərqi Azəri (92 000), Dərinsulu Günəşli (95 000) və Qərbi Çıraq (59 000) platformalarından birlikdə – gündə orta hesabla 541 000 barel neft və ya ümumilikdə təqribən 148 milyon barel, yəni 20 milyon ton neft olub.

Bu barədə ABC.AZ “BP Azerbaijan” şirkətinə istinadən məlumat verir.

Məlumat verilir ki, üçüncü rübün sonunda AÇG-də ümumilikdə 124 neft hasilat quyusu və 42 su injektor quyusu və 7 qaz injektor quyusu istismarda olub.  

Həmçinin qeyd olunur ki, üçüncü rübün sonuna qədər AÇG-də 9 neft hasilat quyusu qazılıb.

 

Bütün xəbərlər