Neftin qiyməti artdıqdan sonra azalır, Azeri Light 0,19% bahalaşıb

10:02 - 6.11.2019


6 noyabr, Fineko/abc.az. Azərbaycanın Azeri LT CIF markalı nefti $0,13 (0,19%) artaraq bir barelə $68,04 çatıb.

Neftin etalon markalarının qiymətləri çərşənbə günü ardıcıl olaraq 3 hərracın yekunları üzrə artımdan sonra azalmağa başlayıb və nəticədə 6 həftə ərzində maksimum həddə çatıb.

Noyabrın 5-də keçirilən ticarətdə Londonun “ICE Futures” birjasında “Brent”in yanvar fyuçersi $0,83 (1,34%) artaraq bir barelə $62,96 təşkil etmişdir.

Saat 9:30-da Brent markalı neftin yanvar fyuçersi $0,29 (0,46%) enərək bir barelə $62,67 təşkil edib.

NYMEX birjasında noyabrın 5-də keçirilən ticarətin nəticəsində “WTI” markalı neftin dekabr fyuçersi $0,69 (1,22%) artaraq bir barelə $57,23 təşkil etmişdir.

WTI markalı neftin dekabr fyuçersi  saat 9:30-da $0,25 (0,44%) enərək bir barelə $56,98 təşkil etmişdir.

 

Bütün xəbərlər