Yeni layihə banklar arasındakı rəqabət mühitinin formalaşmasına xidmət edəcək - İbrahim Alışov

10:35 - 6.11.2019


6 noyabr, Fineko/abc.az. Biz dünya bankı ekspertləri ilə birgə ödəniş sistemləri və ödəniş xidmətləri layihəsinin hazırlanmasına nail olduq.

ABC.AZ xəbər verir ki, bunu IV Beynəlxalq bankçılıq Forumu -Nağdsız iqtisadiyyat: Dayanıqlı Bankçılığa Doğru" tədbirində Maliyyə Bazarların Nəzarət Palatasın sədri vəzifələrini icra edən İbrahim Alışov deyib.

O layihənin hazırlanması məqsədini açıqlayıb və qeyd edib ki, yeni layihə bazarın tənzimlənməsi və rəqabət mühitinin formalaşmasına xidmət edəcək:

"Bu qanun 9 fəsil 72 bənddən ibarətdir. Qanun artıq bir neçə dəfə müvafiq dövlət qurumları ilə müzakirə olunub. Artıq qanun üzrə yekun mərhələyə çatmışıq və düşünürük ki, ilin sonuna qədər Nazirlər Kabinetinə təqdim edəcəyik. Bu qanun üzrə alt normativ hüquqi aktlar formalaşdırılmalıdır. Bu məqsədlə 4 normativ akt dünya bankı ekspertləri ilə müzakirə edilib".

Müəllif: Elmir Murad

 

 

Bütün xəbərlər