Çalışacağıq ki, Azərbaycanda hər kəsin nağdsız ödəniş sistemi barədə məlumatı olsun - Master Card rəsmisi

11:13 - 6.11.2019


6 noyabr, Fineko/abc.az. Yeni innovasiyalar sistemini Azərbaycana gətirmək istəyirik.

ABC.AZ xəbər verir ki, bunu IV Beynəlxalq bankçılıq Forumu -Nağdsız iqtisadiyyat: Dayanıqlı Bankçılığa Doğru" tədbirində  "Master Card"-ın Azərbaycan üzrə direktoru Erdem Çakar deyib.

O "Master Card"-ın digər həyata keçirəcəyi layihələrə də toxunub: " Bir çox ölkələrin nəqliyyatda ödəniş sistemini Azərbaycana gətirməyi düşünürük. Bu yeni nəqliyyat kartıdır. Gələn il həm də endirimli kart kampaniyalarını davam etdirəcəyik. Bununla yanaşı nağdsız ödəniş sistemi ilə bağlı ictimaiyyəti maarifləndirməyi düşünürük. Bu hər birimizin borcudur. Üzərimizə düşən addım nədirsə biz də onu edəcəyik. Çalışacağıq ki, Azərbaycanda hər kəsin nağdsız ödəniş sistemi barədə məlumatı olsun".

Müəllif: Elmir Murad

 

 

Bütün xəbərlər