ABA ilə IFC arasında əməkdaşlıq sazişi imzalandı

11:50 - 6.11.2019


6 noyabr, Fineko/abc.az. Azərbaycan Banklar Assosiasiyası (ABA) ilə Beynəlxalq Maliyyə Korporasiyası (IFC) arasında əməkdaşlığa dair saziş imzalanıb.

ABC.AZ xəbər verir ki, imzalanma IV Beynəlxalq bankçılıq Forumu -Nağdsız iqtisadiyyat: Dayanıqlı Bankçılığa Doğru" tədbirində baş tutub. 

Sazişi ABA-nın prezidenti Zakir Nuriyev və IFC-nin Azərbaycan üzrə nümayəndəliyinin rəhbəri Aliyə Əzimova imzalayıblar. Sazişə əsasən hər iki qurum elektron və maliyyə xidmətləri sahəsində əməkdaşlıq edəcək.

 

Bütün xəbərlər