330x110
 

TuranBank filialların adında dəyişiklik etdi!

06.11.2019,11:52


6 noyabr, Fineko/abc.az. TuranBankı axtaranda rahat tapasınız deyə, Bakı şəhərində yerləşən bir neçə filialımızın adında yerləşdikləri ərazilərə uyğun dəyişiklik etdik.

Həftənin 7 günü 24 saat Nizami 53 ünvanında fəaliyyət göstərən “Yasamal” filialı “Mərkəz” filialı oldu. Bu filial Mərkəzi Univermağın yaxınlığında yerləşir və fasiləsiz xidmət göstərməkdədir.

“Neftçilər” metrostansiyası yaxınlığında yerləşən “Nur” filialının adı dəyişdirilərək “Neftçilər” filialı, “28 May” metrostansiyası yaxınlığında yerləşən “Bakı” filialının adı “28 May” filialı, “Gənclik” metrostansiyası yaxınlığında yerləşən “Sahil” filialının adı “Gənclik” filialı, “Yasamal” parkı yaxınlığında yerləşən “Nəsimi” filialının adı “Yasamal” filialı oldu. Müştəri məmnunluğu TuranBank üçün hər zaman prioritetdir.

Qeyd edək ki, bankın ölkə üzrə 16 satış strukturu var. Filiallar haqqında ətraflı məlumatı bankın rəsmi internet səhifəsindən əldə edə bilərsiniz.

Əlavə məlumat üçün TuranBankın “935” Məlumat Mərkəzi və ya 050 268 72 22 Whastapp nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.

Eləcə də bank və bank məhsullarına aid bütün yeniliklər haqqında TuranBank-ın rəsmi internet səhifəsi və ya sosial şəbəkələrini izləyərək məlumat ala bilərsiniz.

 

Instagram - @turanbank

Facebook - @TuranBankASC

Linkedin - @TuranBank

 

TuranBank

Bizimlə etibarlıdır...

 

Açar sözlər: TuranBank