Azərbaycanda internetin sürətinin aşağı olması fikri əsassızdır - Nazir müavini

12:14 - 6.11.2019


6 noyabr, Fineko/abc.az. Azərbaycanda internetin inkişaf səviyyəsi yüksəkdir.

ABC.AZ xəbər verir ki, bunu  Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə ölkədə internetin sürətinin aşağı olması barədə iradlara münasibət bildirərkən deyib.

O bu cür iradları əsassız adlandırıb və Azərbaycanda ən qabaqacıl internet texnologiyalarının tətbiq olunduğunu bildirib: "İstər mobil, istər simsiz texnologiyalar, istər simli telefon şəbəkələri vasitəsi ilə vətəndaşlar öz maraq və tələbatlarına uyğun xidmətlər əldə edə bilirlər. Bu baxımdan Azərbaycanda internetin sürətinin aşağı olması barədə fikirlər tam əsassızdır. Azərbaycanda internetin sürətinin guya aşağı olması barədə göstəricilərin yer aldığı mənbə – Böyük Britaniyanın "Cable" şirkəti məhz onun üçün nəzərdə tutulub ki, kiminsə internetə girişdə problem olursa, onu yoxlamaq üçün bilavasitə həmin mənbəyə müraciət edir. Ona görə də "Cable"yə müraciət edən şəxslər elə hansısa səbəbdən aşağı sürətli internet istifadəçisi olanlardır. İnternet sürəti yüksək olan istifadəçilər heç vaxt o mənbəyə müraciət etmirlər. Ona görə də Azərbaycan reallığında yüksək olan göstərici həmin mənbədə qeyd olunan göstəricilərdən dəfələrlə yüksəkdir”.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər