330x110
 

Alim Quliyev elektron ticarətin ƏDV-dən azad olunmasından danışdı

06.11.2019,17:14


6 noyabr, Fineko/abc.az.  Elektron ticarətin ƏDV-dən azad olunması bu sahənin gələcəkdə inkişafına təkan verə bilər.

ABC.AZ xəbər verir ki, bunu Mərkəzi Banksın sədri Alim Quliyev "IV Beynəlxalq bankçılıq Forumu -Nağdsız iqtisadiyyat: Dayanıqlı Bankçılığa Doğru"  tədbirində bildirib.

O qeyd edib ki, son illər bu sahə fəal inkişaf edir və elektron ticarətin ƏDV-dən azad olunması gələcək inkişafını sürətləndirə bilər:"Biz vergi orqanları ilə bu istiqamətdə danışıqları davam etdiririk. Hesab edirik ki, elektron ticarət sahəsi ƏDV-dən azad olunmalıdır. Hazırda Azərbaycanda 18% dərəcə ilə ƏDV tətbiq olunur".

Müəllif: Elmir Murad