Neft ucuzlaşdı, Azeri Light-ın qiyməti 0,94% azaldı

09:46 - 7.11.2019


7 noyabr, Fineko/abc.az. Azərbaycanın Azeri LT CIF markalı nefti $0,64 (0,94%) enərək bir barelə $67,40 təşkil edib.

Neftin etalon markalarının qiymətləri cümə axşamı günü, ötən gün düşmədən sonra enməkdə davam edir.

Noyabrın 6-da keçirilən ticarətdə Londonun “ICE Futures” birjasında “Brent”in yanvar fyuçersi $1,22 (1,94%) enərək bir barelə $61,74 təşkil etmişdir.

Saat 9:30-da Brent markalı neftin yanvar fyuçersi $0,08 (0,13%) enərək bir barelə $61,66 təşkil edib.

NYMEX birjasında noyabrın 6-da keçirilən ticarətin nəticəsində “WTI” markalı neftin dekabr fyuçersi $0,88 (1,54%) azalaraq bir barelə $56,35 təşkil etmişdir.

WTI markalı neftin dekabr fyuçersi  saat 9:20-də $0,06 (0,11%) azalaraq bir barelə $56,29 təşkil etmişdir.

 

Bütün xəbərlər