330x110
 

Palata banklardan üzvlük haqqı qismində 12 milyona qədər pul yığır – İqtisadçı

07.11.2019,12:15


7 noyabr, Fineko/abc.az. İqtisadçı-eskpert Samir Əliyev son dövrlər Maliyyə Bazarlarına Nəzarət Palatasına (Palata) qarşı səsləndirilən iradlara münasibət bildirib.

Ekspert ABC.AZ-a özəl açıqlamasında bildirdi ki, Palata banklara münasibətdə tələb olunduğundan artıq sərt mövqe ortaya qoydu.

Onun sözlərinə görə, bir sıra hallarda Palatanın mövqeyi bankların fəaliyyətini ola bilsin müəyyən bir dövrdə tənzimlədi, bəzi dövrlərdə xarici şoklardan qorunmasına xidmət etdi. “Amma növbəti mərhələdə bankların fəaliyyəti üçün problemlər yaratdı” deyən S. Əliyev bildirdi ki, bankların fəaliyyətində problemlərin yaranması bank müştəriləri olan sahibkarların da fəaliyyətində öz əksini tapdı: “Mən özümdə konsaltinq xidməti göstərən bir sahibkar kimi bunu artıq fəaliyyətimdə də hiss edirəm. Söhbət burda hesabdan hesaba köçürmə, kartdan hesaba, kartdan çıxarılan kimi əlavə komissiya və bir sıra məsələlərdən gedir. Ona görə də Palata qaydaları sərtləşdirdi. Digər tərəfdən də Palata Mərkəzi Bankdan fərqli olaraq özünü maliyyələşdirmə sisteminə keçdiyinə görə banklar Palataya həm illik üzvlük haqqı, həm də əlavə olaraq haqlar ödəyir. Məsəl üçün il ərzində Palata banklardan təkcə üzvlük haqqı qismində 12 milyona qədər pul yığır. Və digər xərcləri də, haqları da gəlsək onun üzərinə bu vəsaitin daha da artdığının şahidi olarıq. Banklar verdiyi vəsaiti hardan alır?. Əlbəttə ki, kreditlərdən alır. Yəni avtomatik olaraq Palata üçün çəkilən xərci banklar kredit faizində yerləşdirir”.

Müəllif: Elmir Murad