Master Card rəsmisi: Gələn ildən yeni innovasiya sistemləri tətbiq edəcəyik - EKSKLÜZİV

14:52 - 7.11.2019


7 noyabr, Fineko/abc.az. Dünya nəhənglərindən olan “Master Card” gələn ildən yeni innovasiya sistemlərini daha da genişləndirməyi düşünür.

Bunu ABC.AZ-a özəl açıqlamasında "Master Card"-ın Azərbaycan üzrə direktoru Erdem Çakar deyib.

O, qeyd edib ki, hazırda dijital, kartlı və normal ödəmələr getdikcə artır.

E. Çakarın sözlərinə görə, normal və kartlı ödəmələr 23 faiz böyüyərkən, elektron ticarət ödəmələri 60 faiz artıb. “Bunun da daha çoxu, yəni 50 faizi mobil  telefondan ödənir” deyə “Master Card” rəsmisi bildirib və qarşıdakı planlardan danışıb: “Amma bizim bundan sonra həm mobil telefondan ödəmə və ödəməni qəbul etmə ilə bağlı layihəmiz var. Yəni bu eyni zamanda həm kart, həm post, həm də ordan pul göndərib 24 saat pulu qəbul etmə layihəsidir. Sadaladqlarımın hazırda bir qismi tətbiq edilir, bir qismi isə hazırda fəaliyyətdədir. Biz bununla kifayətlənmirik. Və 2020-ci ildə bu istiqamətlərdə daha çox inkişaf və genişlənmə görəcəksiniz”.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər