330x110
 

Kəskin artımdan sonra neft ucuzlaşır, Azeri Light 0,55% bahalaşıb

08.11.2019,10:08


8 noyabr, Fineko/abc.az. Azərbaycanın Azeri LT CIF markalı nefti $0,37 (0,55%) artaraq bir barelə $67,77  təşkil edib.

Neftin etalon markalarının qiymətləri, ötən günkü kəskin artmadan sonra cümə günü enməkdədir. Bu həftənin əvvəlindən Brent 0,8%, WTI isə 1,3% artıb.

Noyabrın 7-də keçirilən ticarətdə Londonun “ICE Futures” birjasında “Brent”in yanvar fyuçersi $0,55 (0,89%) artaraq bir barelə $62,29 təşkil etmişdir.

Saat 9:15-də Brent markalı neftin yanvar fyuçersi $0,20 (0,32%) enərək bir barelə $62,09 təşkil edib.

NYMEX birjasında noyabrın 7-də keçirilən ticarətin nəticəsində “WTI” markalı neftin dekabr fyuçersi $0,80 (1,42%) artaraq bir barelə $57,15 təşkil etmişdir.

WTI markalı neftin dekabr fyuçersi  saat 9:20-də $0,29 (0,51%) azalaraq bir barelə $56,86 təşkil etmişdir.