“Coin”lərin manata çevrilməsi üçün innovasiyalar həyata keçiriləcək – YAPON ŞİRKƏTİ TƏRƏFİNDƏN- EKSKLÜZİV

11:08 - 8.11.2019


8 noyabr, Fineko/abc.az.  Azərbaycanda “coin”lərin alış-satışı, onun manata çevrilməsi ilə bağlı innovasiya həyata keçirmək niyyətindəyik.

Bunu ABC.AZ-a ölkəmizdəki elektron pul bazarını dəyərləndirərkən Azərbaycanda fəaliyyət göstərən “Cross” şirkətinin direktoru Takuya Yamaşiqe deyib.

Hazırda Azərbaycanda kriptovalyutanın inkişaf sürətinin ürəkaçan olmadığını vurğulayan yapon şirkətinin direktoru əlavə edib ki, bunun üçün bəzi layihələr üzərində işlər gedir. Azərbaycanı seçmə səbəbinə toxunan T. Yamaşiqe məqsədlərindən də danışıb: “Coğrafi cəhətdən Azərbaycan həm Avropanın, həm də Asiyanın tam ortasında yerləşir. Ona görə də düşündük ki, şirkəti burda qursaq, həm Azərbaycanın, həm də regionun şirkətimizin inkişafında böyük rolu olacaq. Məqsəsdlərimizdən biri Koryea, Türkiyə və Azərbaycanda şirkətimizi qurmaq idi. Demək olar ki, artıq bu məqsədimizin bir hissəsinə nail olmuşuq. Hazırda dünyada kriptovalyuta üzrə ən güclü platforması olan “Baynanc” şirkətidir. Bizim şirkət isə dünya kriptovalyuta bazarında 70-ci yerdədir. “Baynanc” şirkəti bizim ən ciddi rəqibimizdir. Hazırda şirkətin bütün nümayəndələri çalışır ki, 2 il ərzində “Cross”-u top 5-liyə daxil edə bilsinlər”.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər