Nazirlik avtomobillər alır

11:10 - 8.11.2019


8 noyabr, Fineko/abc.az. Vergilər Nazirliyi minik avtomobillərinin (Hyundai,Kia) satın alınması üzrə tender elan edir.

Tenderdə iştirak haqqı 300 manatdır.

Elanda qeyd olunur ki, tenderdə iştirak üçün sənədləri 29 noyabr 2019-cu il saat 15.00-a , tender təklifini isə 09 dekabr 2019-cu il saat 18.00-a qədər dövlət satınalmalarının vahid internet portalı https://www.etender.gov.az  vasitəsilə təqdim etməlidirlər.

Zərflərin açılışı 10 dekabr 2019-cu il saat 15.00-da həyata keçiriləcək.

Həmçinin bildirilir ki, tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada dövlət satınalmalarının vahid internet portalı vasitəsilə aparılır.

Açıq tenderin elektron şərtlər toplusunu 07.11.2019 18:00 tarixindən sonra əldə etmək olar.

 

Bütün xəbərlər