Əməkhaqqı fondunda artım göstəricisi xeyli yüksəlib – 35 faizə yaxın

12:18 - 8.11.2019


8 noyabr, Fineko/abc.az. Əməkhaqqı fondunda mütəmadi artım göstəricisi ötən ayda 34,2 faizə yüksəlib.

Əmək və Əhalinin Sosial Müdafiə nazirliyinindən ABC.AZ-a daxil olan məlumata görə, Azərbaycanda əmək haqlarında ciddi artımların edilməsi, məşğulluq imkanlarının genişləndirilməsi, əmək bazarında davamlı inkişaf və əməyin leqallaşdırılması sahəsində kompleks tədbirlər əməkhaqqı fondunun da ciddi şəkildə artımı ilə nəticələnir.

Belə ki, əməkhaqqı fondunda cari ilin yanvar ayında artım göstəricisi 3,7 faiz, fevral ayında bundan iki dəfə çox - 7,4 faiz olub. Mart ayında 10,5 faiz, aprel ayında 14,5 faiz, may ayında 17,6 faiz, iyun ayında 18,8 faiz, iyul ayında 19,8, avqust ayında 21 faiz  artım baş verib.

Son aylarda isə bu artım göstəricisi daha da yüksəlib: sentyabr ayında əməkhaqqı fondunda artım 29,6 faiz, oktyabr ayında isə 34,2 faiz olub.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər