Həkimlərin maaşı artacaq - İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi

15:09 - 8.11.2019


8 noyabr, Fineko/abc.az. Azərbaycanda İcbari Tibbi Sığortanın tam tətbiqindən sonra tibb işçilərinin maaşları artacaq.

ABC.AZ xəbər verir ki, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən bildirilib. Məlumata görə, həkimlərin əməkhaqları iki hissədən ibarət olacaq. Birinci hissədə həkimin aldığı aylıq məvacib Vahid Tarif Cədvəlinə əsasən sabit olacaq. İkinci hissədə isə həkimin göstərdiyi xidmətə görə onun əməkhaqqına əlavələr olacaq. Hazırda “Həkimlərin əməkhaqlarına əlavələrin hesablanması və ödənilməsi Qaydaları” müvafiq dövlət qurumları ilə razılaşdırılma mərhələsindədir.

Qeyd edək ki, 2020-ci il yanvarın 1-dən ölkədə icbari tibbi sığortanın tətbiqinə başlanılacaq.

Müəllif: Elmir Murad

 

 

Bütün xəbərlər