“Azərsu” ASC-nin rəhbərliyi vətəndaş qəbulu keçirəcək

15:11 - 8.11.2019


8 noyabr, Fineko/abc.az. “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov 15 noyabr tarixində Mingəçevir şəhərində Mingəçevir və Yevlax şəhərlərindən olan  vətəndaşları qəbul edəcək.

Bu barədə ABC.AZ saytına müəssisədən məlumat verilib.

Qeyd olunur ki, 18 noyabrda “Azərsu” ASC sədrinin birinci müavini Teyyub Cabbarov Zərdab şəhərində Zərdab və Bərdə rayonlarının, 19 noyabrda isə “Azərsu” ASC sədrinin müavini Etibar Məmmədov Kürdəmir  şəhərində  Kürdəmir və Ucar rayonlarının sakinlərini qəbul edəcək.

Qəbullarda sakinlərin içməli su təchizatı və kanalizasiya xidmətləri ilə bağlı müraciətlərinə baxılacaq.

Vətəndaşlar qəbul üçün Mingəçevir, Yevlax, Zərdab, Bərdə, Kürdəmir və Ucar sukanal sahələrinə, həmçinin 431-47-67 (daxili 1050) nömrəsi ilə “Azərsu” ASC-yə və [email protected] elektron poçtu vasitəsilə müraciət edə bilərlər.

 

Bütün xəbərlər