330x110
 

“BakuBus” tender keçirir

08.11.2019,15:56


8 noyabr, Fineko/abc.az. “Baku Bus” MMC İveco markalı avtobuslara tələb olunan akkumulyatorların satınalınması üzrə tender elan edir.

Tenderdə iştirak haqqı 400 manatdır.

Elanda qeyd olunur ki, tenderdə iştirak üçün sənədləri 02 dekabr 2019-cu il saat 11.00-a , tender təklifini isə 10 dekabr 2019-cu il saat 11.00-a qədər dövlət satınalmalarının vahid internet portalı https://www.etender.gov.az  vasitəsilə təqdim etməlidirlər.

Zərflərin açılışı 11 dekabr 2019-cu il saat 15.00-da həyata keçiriləcək.

Həmçinin bildirilir ki, tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada dövlət satınalmalarının vahid internet portalı vasitəsilə aparılır.

Açıq tenderin elektron şərtlər toplusunu 08.11.2019 18:00 tarixindən sonra əldə etmək olar.