Yeni iş yerləri açılacaq - Azərbaycan Sənaye Korporasiyası tərəfindən

16:33 - 8.11.2019


8 noyabr, Fineko/abc.az. "Azərbaycan Sənaye Korporasiyası" ASC-də və onun törəmə müəssisələrində çalışan işçilərin ümumi sayı 4 min 986 nəfərə çatıb.

ABC.AZ xəbər verir ki, bu barədə məlumatı korporasiyanın baş direktoru Kamran Nəbizadə bildirib.

Onun sözlərinə görə, həmin müəssisələr tam gücü ilə işləməyə başladıqdan sonra iş yerlərinin sayının daha 712 nəfər artaraq 5 min 698 nəfərə çatacaq: "Hazırda ASK tərəfindən qeyri-neft sektorunun müxtəlif sahələrini əhatə edən 19 törəmə müəssisə yaradılıb. Bunlardan sosial-iqtisadi əhəmiyyət kəsb edən bir sıra müəssisələri, o cümlədən "Azərpambıq ASK" MMC-ni qeyd etmək olar. Bu sahədə idarəetmə strukturu dəyişilib, maddi-texniki baza yenilənib, yeni pambıqyığan kombaynlar alınıb. Bundan əlavə, "Azərpambıq ASK" MMC üzrə 2018-ci il mövsümündə respublikanın 14 rayonunda 29 min hektarda pambıq əkini aparılıb və 56,6 min ton xam pambıq tədarük edilib".

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər