Oktyabr ayı üzrə gündəlik neft hasilatı 718 min barrel olub

10:44 - 12.11.2019


12 noyabr, Fineko/abc.az. Ölkədə oktyabr  ayı üzrə gündəlik neft hasilatı 718 min barrel olub. Bunun 644 min barrelini xam neft, 74 min barrelini kondensat təşkil edib. Gündəlik 569 min barrel xam neft, 76 min barrel kondensat, 9,5 min barrel isə neft məhsulları ixrac edilib.

ABC.AZ xəbər verir ki, bu barədə Energetika nazirliyi məlumat yayıb.

Qeyd olunur ki, gündəlik neft hasilatının 776 min barrel həcmində saxlanılmasına dair razılaşma çərçivəsində Azərbaycan hasilatı sutkada 20 min barrel azaltmaqla bağlı götürdüyü öhdəliyi tam yerinə yetirib. Qeyd edək ki, cari ilin yanvar – oktyabr aylarında orta gündəlik neft hasilatı 762  min barrel təşkil edib.

Xatırladaq ki, 2018-ci ilin dekabrın 7-də “OPEC plus” üzrə neft hasilatının gündəlik 1,2 milyon barrel azaldılması ilə bağlı imzalanmış “Əməkdaşlıq Bəyannaməsi”nin müddəti bu ilin 1 iyul tarixindən 2020-ci ilin I rübünün sonunadək uzadılıb.

Bütün xəbərlər