AtaBank-ın ənənəvi əmanət kampaniyası başlayır

11:02 - 12.11.2019


12 noyabr, Fineko/abc.az. “AtaBank” ASC 26-cı il dönümündə  ənənəvi əmanət kampaniyasına start verdi.  Hər kəsin səbirsizliklə gözlədiyi hədiyyəli əmanət kampaniyası bu dəfə  “Yeni ilə iPhone ilə” adı altında başlayır və müştərilərə daha cəlbedici hədiyyələr təklif edir.

Kampaniya çərçivəsində, 12.11.2019–31.12.2019-cu il tarixləri arasında AtaBank-da əmanət yerləşdirən müştərilər şərtlərə uyğun istədikləri hədiyyəni seçmək hüququna malikdirlər.

Əmanətçilərə müqavilə ilə birgə hədiyyələrin siyahısı təqdim olunur və müştərilər yerləşdirdikləri məbləğə uyğun olaraq hədiyyə seçimi edilir.

Belə ki, AtaBank-da 10 000 AZN, 10 000  USD/EUR-dan yuxarı əmanət yerləşdirən yeni və mövcud əmanətçilər kampaniyada iştirak edərək bu hədiyyələrə sahib ola bilərlər: iPhone 11, Pro və Pro Max telefonları, İsma Bike, Gəncə Beynəlxalq Xəstəxanasında tam klinik müayinə, Excelsior Hotel Shamkir, Qalaaltı Hotel & SPA, Shamakhi Palace Sharadil, Quba Palace, Lankaran Springs & Wellness Resort,  Garabag Resort & SPA, Aura SPA, otellərində istirahət  paketləri, Uludağ/Şri-Lanka/Şarm-Əl-Şeyx/Dubay istiqamətlərinə səyahət imkanı.

Kampaniya yalnız 12, 2436 ay müddətinə (faizlərin ödənişi aylıq, rüblük və ya müddətin sonu) açılan əmanətlərə şamil edilir və Əmanətlərin Sığortalanması Fondu tərəfindən sığortalanır.

Kampaniya yalnız fiziki şəxslərə şamil olunur və 31 dekabr 2019-cu il tarixinədək qüvvədədir. Bu fürsəti qaçırmayın!

WhatsApp/Telegram istifadəçiləri 050 9999136 telefon nömrəmizə yazaraq kampaniya haqqında istənilən məlumatı operativ əldə edə bilərlər.

1993-cü ildən fəaliyyət göstərən “AtaBank” ASC 100% yerli kapitala malik, qabaqcıl texnologiyalı universal Azərbaycan bankıdır. Bank Bakıda və ölkənin müxtəlif regionlarında korporativ və fərdi müştərilərə tam xidmətlər spektrini təqdim edir.

 

Bütün xəbərlər