Azercell daha bir ilkə imza atdı - YENİLİK

12:29 - 12.11.2019


12 noyabr, Fineko/abc.az.  Azercell həmişəki kimi daha bir ilkə imza ataraq Azərbaycana 5-ci nəsil texnologiyanı gətirmiş oldu.

 ABC.AZ xəbər verir ki, bunu təqdimat zamanı Azercell Telekomun prezidenti Vahid Mürsəliyev deyib.

O, qeyd edib ki, artıq Fəvvarələr Meydanı 5G texnologiyası ilə əhatə olunub və bu o deməkdir ki, Azercell dünyanın ən qabaqcıl operatorları arasındadır: "5G Azərbaycanda dekabr ayından tam tətbiq olunacaq. Və həmin ayda biz telefon alanlara pulsuz 5G sim kartları da təqdim edəcəyik. Bir daha qeyd edirəm ki, 5G-nin tətbiqi Azercell Telekomun nə qədər irəlidə olduğunu göstərir".

 

Müəllif: Elmir Murad

Bütün xəbərlər