“Qara bazar”da avro və rubl ucuzlaşdı

17:52 - 18.12.2017


18 dekabr, Fineko/abc.az. Ucuzlaşmış avro və rubldan fərqli olaraq, bu gün “qara bazar”da dollar dəyişməyib.

Dolların alışı 1,6970-1,6980 manat, satışı isə 1,7020 manat  təşkil edib.

Dollardan fərqli olaraq, avro və rubl ucuzlaşıb. Avronun alışı 2.00 manatdan 1.99 manata, satışı isə 2.01 manatdan 2.00 manata düşüb.

Rublun alışı isə yenidən 0,0286 manatdan 0,0284 manata,satışı isə 0.0287 manatdan 0,0286 manata düşüb. Beləliklə, rubl 0,7% ucuzlaşıb.

 

Bütün xəbərlər