Oqtay Əsədov: 2020-ci ilin büdcə zərfləri ölkədəki müsbət dəyişiklikləri əks etdirir

14:46 - 12.11.2019


12 noyabr, Fineko/abc.az. Bu gün ölkəmizdə mühüm struktur islahatları həyata keçirilir. Dünya Bankının son hesabatında Azərbaycan dünyanın 20 ən islahatçı ölkəsi sırasında yer alıb. Azərbaycanda ardıcıl həyata keçirilən islahatlar iqtisadi potensialı daha da möhkəmləndirib.

Bu fikri Milli Məclisin Sədri Oqtay Əsədov parlamentin bu gün keçirilən plenar iclasında çıxış edərkən deyib.

 “2020-ci ilin büdcə zərfləri ölkədəki müsbət dəyişiklikləri əks etdirir. Ötən 9 ayda ÜDM 2.5 % artıb, qeyri-neft sənayesi sürətlə artıb. Oktyabrın 15-də keçirilən iqtisadi müşavirədə də qeyd edildiyi kimi qeyri-neft sektoru üzrə həyata keçirilən işlər bu sahədə artıma səbəb olub.

Azərbaycanın strateji valyuta ehtiyatları 48 milyard dolları ötüb. Cari ilin 9 ayında əhalinin gəlirləri 8.9 % artıb, inflyasiya 2.6 % təşkil edib ki, bu da əhalinin rifah halını daha da yaxşılaşdırıb”, - deyə Milli Məclisin Sədri vurğulayıb.

© Azertag.az

 

Bütün xəbərlər