Azərbaycanda illik inflyasiya nə qədər olub? - Açıqlama

15:03 - 12.11.2019


12 noyabr, Fineko/abc.az. Azərbaycanda illik inflyasiya dəyişməz qalıb, ərzaq inflyasiyası ilə 3,5%-dən 3,7%-ə yüksəlib. Aylıq inflyasiya isə 0,3%-dən 0,4%-ə qalxıb.

ABC.AZ xəbər verir ki, Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, 2019-cu ilin yanvar-oktyabr aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2018-ci ilin müvafiq dövrünə nisbətən 2,6 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri 3,7 faiz, qeyri-ərzaq mallarının qiymətləri 1,2 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 2,2 faiz bahalaşıb.

Müqayisə üçün qeyd edək ki, 2019-cu ilin yanvar-sentyabr aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2018-ci ilin müvafiq dövrünə nisbətən 2,6 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri 3,5 faiz, qeyri-ərzaq mallarının qiymətləri 1,3 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 2,4 faiz bahalaşmışdı.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər