Bu şəxslərə sığorta fəaliyyəti üçün lisenziya veriləcək – Attestasiya dəvət

16:02 - 12.11.2019


12 noyabr, Fineko/abc.az. “Sığortaçıların müvafiq sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziya və aktuari fəaliyyətinə aktuari şəhadətnaməsi almaq istəyən fiziki şəxslər üçün attestasiyanın təşkili və keçirilməsi” Qaydalarının 4.1-ci bəndinə əsasən sığortaçıda rəhbər vəzifəyə təyinatı nəzərdə tutulan namizədlər və aktuari şəhadətnaməsi almaq istəyən şəxslər attestasiyaya dəvət olunurlar.

ABC.AZ xəbər verir ki, bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatası məlumat yayıb.

Attestasiyaya Elvin Elxan oğlu Salmanov, Tural Tamil oğlu Quliyev, Lalə Mustafayev Bəhlul qızı və Orxan Arif oğlu Gülüşov dəvət olunub. Qeyd edək ki, attestasiyaya buraxılmaq üçün şəxsiyyət vəsiqəsi təqdim edilməlidir.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər