Hərbi hissələrdə “Açıq qapı” günü keçiriləcək

17:56 - 18.12.2017


18 dekabr, Fineko/abc.az. Müdafiə nazirinin təsdiq etdiyi tədbirlər planına uyğun olaraq, dekabrın 30-da saat 11.00-da Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə bütün hərbi hissələrdə “Açıq qapı” günü keçiriləcək.

Müdafiə Nazirliyinin məlumatında deyildiyi kimi, Ziyarətçilər hərbi hissələrdə yaradılan yaşayış və məişət şəraiti ilə tanış olacaq xidməti, inzibati binalara, əsgər yataqxanaları və yeməkxanalara baş çəkəcəklər.

“Hərbi hissələrdə komandanlığın iştirakı ilə keçiriləcək “Açıq qapı” günündə görüşlər təşkil olunacaq, qonaqları maraqlandıran bütün məsələlərin müzakirəsi aparılacaq, konsert proqramları və digər mədəni-kütləvi tədbirlər keçiriləcəkdir” – Müqadfiə Nazirliyinin məlumatında belə deyilir.

Həmçinin, qonaqlar üçün müxtəlif döyüş texnikaları və silahların nümayişi də təşkil olunacaq.

 

 

Bütün xəbərlər