Maliyyə Nazirliyi 10 milyon manatlıq ortamüddətli notlar yerləşdirib

17:30 - 12.11.2019


12 noyabr, Fineko/abc.az. Azərbaycan Maliyyə Nazirliyi Bakı Fond Birjası (BFB) vasitəsilə dövlət ortamüddətli istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirib.

BFB-in məlumatında deyilir ki, 12 noyabr  tarixində AZ0105021759 dövlət nömrəli, 10 milyon manat həcmində, 728 gün müddətinə qısamüddətli notlar təklif edilmişdir.

Hərrac zamanı 10 investor tərəfindən qiymət intervalı 97.2917 AZN (9.0100%) və 101.1032  AZN (6.9000%) olan 16 sifariş təqdim edilmişdir.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 100.5680 (7.1900%), orta ölçülmüş qiyməti 100.7394 (7.0969%) müəyyən edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 35,619,100.00 AZN yerləşdirilmiş həcmi isə 10,000,000.00 AZN təşkil edilmişdir.

İstiqrazların ödəmə tarixi  09.11.2021-ci il.

 

Bütün xəbərlər