“Şahdəniz"-dən bugünədək çıxarılan təbii qazın həcmi açıqlandı – Statistika

11:31 - 13.11.2019


13 noyabr, Fineko/abc.az. Bu vaxtadək Xəzər dənizinin Azərbaycan sektorundakı "Şahdəniz" qaz-kondensat yatağından kondensat hasilatı 27 milyon tona çatıb.

ABC.AZ xəbər verir ki, "Şahdəniz"-dən ilk hasilat başlandığı dövrdən bu vaxtadək yataqdan 112 milyard kubmetrdən çox təbii qaz əldə olunub. Bu ilin yanvar-sentyabr aylarında "Şahdəniz" yatağından - "Şahdəniz Alfa" və "Şahdəniz Bravo" platformalarından birgə ümumilikdə 12,2 milyard standart kubmetr qaz və təqribən 2,6 milyon ton (21 milyon barel) kondensat hasil edilib. Mövcud "Şahdəniz" qurğularının maksimum hasilat gücü hazırda gündəlik 56 milyon standart kubmetr və ya ildə təqribən 20 milyard kubmetrdir. Ötən il iyulun sonunda "Şahdəniz Bravo" platformasından ilk qaz əldə olunduğu vaxtdan hasilat tədricən artmaqda davam edir.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər