Azərsu auiditor axtarır

11:38 - 13.11.2019


13 noyabr, Fineko/abc.az.  “Azərsu” ASC-nin daxili vəsaiti hesabına 2019-cu il üzrə Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun olaraq hazırlanmış maliyyə hesabatlarının auidit olunması xidmətlərinin satın alınması üzrə tender keçirir. Tenderdə iştirak haqqı 200 manatdır.

Elanda qeyd olunur ki, tenderdə iştirak üçün sənədləri 04 dekabr 2019-cu il saat 15.00-a , tender təklifini isə 12 dekabr 2019-cu il saat 16.00-a qədər dövlət satınalmalarının vahid internet portalı https://www.etender.gov.az   vasitəsilə təqdim etməlidirlər.

Zərflərin açılışı 13 dekabr 2019-cu il saat 15.00-da həyata keçiriləcək.

Həmçinin bildirilir ki, tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada dövlət satınalmalarının vahid internet portalı vasitəsilə aparılır.

Açıq tenderin elektron şərtlər toplusunu 13.12.2019 11:00 tarixindən sonra əldə etmək olar.

 

Bütün xəbərlər