Maliyyə nazirliyi ittihamlara cavab verib – Açıqlama

11:56 - 13.11.2019


13 noyabr, Fineko/abc.az. Hər bir ölkənin büdcəsi özünün qanunvericiliyinə uyğun olaraq tərtib, müzakirə və təsdiq olunur.

ABC.AZ xəbər verir ki, bunu son günlər bəzi KİV-lərdə “2020-ci ilin dövlət büdcəsinin 20 zəif bəndi” adlı məqaləyə münasibət bildirən Maliyyə Nazirliyinin mətbuat xidmətindən açıqlayıblar.

Nazirlikdən bildirilib ki, Azərbaycanda da “Büdcə sistemi haqqında” Qanunun 15-ci maddəsinə əsasən, növbəti büdcə ili üzrə dövlət büdcəsi layihəsinin müzakirəsi və təsdiqi Milli Məclisin daxili Nizamnaməsinə uyğun olaraq həyata keçirilir. Yəni, hökumət tərəfindən təqdim olunmuş büdcə zərfi ilə bağlı Milli Məclisin istənilən sorğusu aidiyyəti üzrə cavablandırılır və büdcə zərfi ilə bağlı müzakirələrin istənilən vaxtda, formatda və müddətdə müzakirəsinin təşkili ilə bağlı bütün təşəbbüslər parlamentdə olur.

Qanunla da Milli Məclis dekabrın 20-dək büdcə layihəsini bütün komitə və plenar iclaslarda 3 oxunuşda müzakirə edir və səsə qoyularaq müvafiq qanun qəbul edilir. Eyni zamanda, qeyd olunmalıdır ki, bütün müzakirələrdə, o cümlədən həm parlament komitələrinin, həm də plenar iclaslarda mətbuat nümayəndələrinin geniş iştirakı təmin edilir. Müzakirələr zamanı səsləndirilən şərh və təkliflər təhlil edilir, bir qayda olaraq onların bəziləri müzakirə olunan ilin büdcə layihəsində və ya sonrakı illərin büdcə layihələrində nəzərə alınır.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər