“Nəticə əsaslı büdcə” niyə tərtib olunmur? – Nazirlikdən cavab

12:15 - 13.11.2019


13 noyabr, Fineko/abc.az. Nəticə əsaslı büdcə tərtibi mexanizminin təşkili kifayət qədər mürəkkəb bir islahat prosesi olmaqla onun bu sahədə uğur qazanmış digər ölkələrin təcrübəsində də olduğu kimi, mərhələli şəkildə həyata keçirilməsi məqsədəuyğun hesab edilir.

ABC.Az xəbər verir ki, bunu son günlər bəzi KİV-lərdə “2020-ci ilin dövlət büdcəsinin 20 zəif bəndi” adlı məqaləyə münasibət bildirən Maliyyə Nazirliyinin mətbuat xidmətindən açıqlayıblar.

Nazirlikdən bildirilib ki, bu islahatların tam həyata keçirilməsi bütün büdcə təşkilatlarında strateji planlaşdırma və proqnozlaşdırma sahəsində işçilərin bilik və bacarıqlarının artırılması, əhatəli xərc-fayda təhlillərinin aparılması və bu proqramların icrası məqsədilə dövlət büdcəsinin xərc yükünün müəyyən edilməsi mexanizmləri formalaşdırılmalıdır. Ortamüddətli Xərc Çərçivəsinin tam şəkildə tətbiqinə başlandıqdan sonra nəticə əsaslı büdcə mexanizminin mərhələli təşkili mümkün olacaq.

Beynəlxalq təcrübəyə əsasən, nəticə əsaslı büdcə sisteminə keçid prosesi təxminən 8-11 il (Xorvatiya – 8 il, Slovakiya - 9 il, Latviya - 11 il və sair) davam edir.

Müəllif: Elmir Murad

 

 

Bütün xəbərlər