Nazirlikdən yeni qəbul olunan maliyyə qaydasına İZAHAT

12:29 - 13.11.2019


13 noyabr, Fineko/abc.az. Makroiqtisadi sabitliyin təmin olunması məqsədilə dayanıqlı fiskal çərçivənin formalaşdırılması, büdcə siyasətinin protsiklliyinin məhdudlaşdırılması və təbii aktivin daimi maliyyə aktivinə çevrilməsinin dəstəklənməsi məqsədilə ötən ildən büdcə qaydasının tətbiqinə başlanılıb.

ABC.Az xəbər verir ki, bunu Maliyyə Nazirliyinin mətbuat xidmətindən açıqlayıblar.

Məlumatda qeyd olunur ki, büdcənin sabitliyini və dövlət maliyyə sisteminin uzunmüddətli dayanıqlılığını təmin etmək məqsədilə icmal büdcə xərclərinin yuxarı həddi büdcə qaydasına uyğun olaraq müəyyən edilir. Buna uyğun olaraq 2020-ci il dövlət büdcəsinin layihəsi üzrə makro-fiskal çərçivə müəyyən edilməsi prosesində, ilk növbədə, ölkənin xalis maliyyə aktivləri, daha sonra proqnozlaşdırılan qeyri-neft gəlirləri də nəzərə alınmaqla icmal büdcə xərclərinin, xərclənə bilən neft gəlirlərinin, o cümlədən Dövlət Neft Fondundan transfertin yuxarı hədləri müəyyən edilib. Müxtəlif multifaktorlu simulyasiyalar əsasında ortamüddətli dövr üçün neftin bir barrelinin 55 ABŞ dolları səviyyəsində proqnozlaşdırılması büdcənin ortamüddətli dayanıqlılığı daha məqbul hesab edilib ki, bu da bizim yanaşmamızdır.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər