Şoklardan heç bir dövlətin tam sığortalanması mümkün deyil - Nazirlik

14:04 - 13.11.2019


13 noyabr, Fineko/abc.az. Müxtəlif ssenarilər əsasında aparılan təhlillər nəticəsində ortamüddətli dövr üçün neftin bir barrelinin 55 ABŞ dolları səviyyəsində proqnozlaşdırılması daha məqbul hesab edilib, icmal büdcə xərclərinin yuxarı həddi isə büdcə qaydasına uyğun olaraq mühafizəkar ssenari üzrə pessimist fərziyyələr əsasında hesablanıb.

ABC.AZ xəbər verir ki, bunu Maliyyə Nazirliyinin mətbuat xidmətindən açıqlayıblar.

Nazirlikdən verilən məlumatda bildirilir ki, bu yanaşma, proqnozlaşdırılan xalis maliyyə aktivlərinin (başqa sözlə desək, büdcə gəlirlərinin proqnozunun) real gözləntilərdən daha aşağı məbləğdə müəyyən edilməsi ilə səciyyələnir ki, bunu da optimist ssenari kimi qələmə verməklə qeyri-real adlandırmaq qərəzli və qeyri-peşəkar yanaşmanın təzahürüdür.

Eyni zamanda, növbəti ilin dövlət büdcəsi büdcə qaydalarına uyğun tərtib edilib ki, həmin qaydalar mahiyyətcə kontrtsiklik xərclər siyasətinin həyata keçirilməsini dəstəkləyir və xam neftin dünya bazar qiymətinin dəyişməsinin dövlət büdcəsinin illik xərclərinə təsirini əhəmiyyətli dərəcədə neytrallaşdırır. Lakin məlumdur ki, dünya bazarında yarana biləcək əhəmiyyətli şoklardan heç bir dövlətin tam sığortalanması mümkün deyil.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər