Dövlət büdcəsinin xərcləri açıqlanıb – 27 milyard manata yaxın olacaq

15:11 - 13.11.2019


13 noyabr, Fineko/abc.az.  2020-ci ilin dövlət büdcəsinin gəlirləri 24 milyard 134 milyon, xərcləri 26 milyard 913 milyon, icmal büdcənin gəlirləri isə 27 milyard 533 milyon manat təşkil edəcək.

ABC.AZ xəbər verir ki, bu Milli Məclisin bu gün keçirilən plenar iclasında 2020-ci ilin dövlət büdcəsi haqqında qanun layihəsinin qəbulu zamanı bildirilib.

Belə ki, icmal büdcə xərclərinin yuxarı həddi 29 milyard 488 milyon manat olacaq ki, bu da 2019-cu illə müqayisədə 2 milyard 117 milyon manat və ya 7,7 faiz çoxdur. İcmal büdcənin kəsiri 1 milyard 955 milyon manat və ya proqnozla nəzərdə tutulan Ümumi Daxili Məhsulun 2,3 faizinə bərabər olacaq.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər