Gələn il vergidən büdcəyə daxilolmalar artacaq – 8 Faizə yaxın

15:21 - 13.11.2019


13 noyabr, Fineko/abc.az. Dövlət büdcəsinin gəlirlərinin tərkibində neft gəlirləri 56,1 faiz və ya 13,5 milyard manat, qeyri-neft gəlirləri 43,9 faiz və ya 10,6 milyard manat nəzərdə tutulur.

ABC.AZ xəbər verir ki, bu Milli Məclisin bu gün keçirilən plenar iclasında 2020-ci ilin dövlət büdcəsi haqqında qanun layihəsinin qəbulu zamanı bildirilib.

Qeyd olunub ki, gələn il vergi orqanlarının xətti ilə dövlət büdcəsinə 7 milyard 875 milyon manat daxilolma nəzərdə tutulur ki, bu da cari illə müqayisədə 559 milyon manat və ya 7,6 faiz çoxdur. Gömrük orqanlarının xətti ilə isə büdcəyə 4 milyard manat, yəni 2019-cu ilə nisbətən 298 milyon manat və ya 8 faiz çox vəsaitin daxil olması proqnozlaşdırılır. Növbəti ildə Dövlət Neft Fondundan dövlət büdcəsinə 11 milyard 350 milyon manat və ya cari illə müqayisədə 14 milyon manat az transfer nəzərdə tutulur.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər