Büdcə iqtisadiyyatın maliyyə potensialına adekvat deyil? – Nazirlik cavab verir

15:38 - 13.11.2019


13 noyabr, Fineko/abc.az. Qeyri-neft sektoru üzrə ümumi daxili məhsulun ümumi ÜDM-də xüsusi çəkisinin yüksək olduğu halda həmin sektor üzrə büdcə gəlirlərinin aşağı olduğu bildirilir. Öz-özlüyündə belə müqayisənin aparılması çox bəsit bir məntiqdir.

ABC.Az xəbər verir ki, bunu Maliyyə Nazirliyinin mətbuat xidmətindən açıqlayıblar.

Belə ki, qeyri-neft sektorunun inkişafı Strateji Yol xəritələrində müəyyən edilmiş əsas hədəflərdəndir. Bu məqsədlə vergi və gömrük qanunvericiliyi aktlarında kənd təsərrüfatı, maliyyə xidmətləri, sənaye və texnologiya parkları, investisiya təşviqi verilən fəaliyyət sahələri üzrə əsaslı güzəştlər müəyyən edilib. Həmin sahələr ÜDM-in formalaşmasında iştirak etsə də, azadolmanın nəticəsi olaraq büdcə daxilolmalarını artırmır. Qeyd edək ki, adambaşına düşən büdcə gəlirlərinin digər ölkələrlə müqayisəsini göstərilən amilləri nəzərə almaqla aparmaq daha məntiqli olardı.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər