Gələn il qeyri-neft sektorundan büdcəyə daxilolmalar artacaq - Statistika

16:02 - 13.11.2019


13 noyabr, Fineko/abc.az. Qeyri-neft sektoru üzrə büdcə gəlirlərinin dinamikasının təhlili həmin sektordan daxilolmaların ardıcıl şəkildə artdığını göstərir. Belə ki, növbəti il üçün qeyri-neft sektorundan dövlət büdcəsinə daxilolmaların qeyri-neft ÜDM-də xüsusi çəkisi 19,4 faiz nəzərdə tutulur ki, bu da 2019-cu ilin təsdiq edilmiş proqnozu ilə müqayisədə 0,6 faiz bənd çoxdur.

ABC.Az xəbər verir ki, bunu Maliyyə Nazirliyinin mətbuat xidmətindən açıqlayıblar.

Nazirlikdən verilən məlumata görə, eyni zamanda, həmin sektordan daxilolmalar cari illə müqayisədə 1,1 milyard manat və ya 12 faiz çox, 2018-ci ilin faktı ilə müqayisədə isə 1,5 milyard manat və ya 16,4 faiz çox artımla proqnozlaşdırılıb. Göründüyü kimi, qeyri-neft sektorunun inkişafı məqsədilə qeyri neft sektoru üzrə ÜDM-in 10-dan çox məbləğində vergi və gömrük güzəştlərinin olmasına baxmayaraq, həmin sektordan daxilolmalar artımla nəzərdə tutulur.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər