Cərimə və sanksiyalar üzrə daxilomalar azalacaq – 2 Dəfə

16:10 - 13.11.2019


13 noyabr, Fineko/abc.az. Cərimə və sanksiyalardan büdcəyə daxilolmaların növbəti ildə cari illə müqayisədə 2 dəfə azalması nəzərdə tutulur.

ABC.Az xəbər verir ki, bunu Maliyyə Nazirliyinin mətbuat xidmətindən açıqlayıblar.

Nazirliyin məlumatına görə, artıq cari ilin 9 ayının nəticələrinə əsasən, maliyyə sanksiyalarının hesablanmış məbləği 42,6 milyon manat təşkil edir ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 154,6 milyon manat az və ya 3 dəfə az deməkdir. Belə ki, vergi və gömrük sahəsində aparılan islahatlara uyğun olaraq vergi yoxlamalarının sayının azalması, uçotun şəffaflaşdırılması məqsədilə elektron xidmətlərin təkmilləşdirilməsi, vergi öhdəlikləri ilə əvəz edilməklə yeni nəsil kassa aparatlarının tətbiqinə başlanılması, qeyri-rəsmi məşğulluğun aradan qaldırılması, üçüncü şəxslər tərəfindən idxal-ixrac əməliyyatları sahəsində nəzarətin gücləndirilməsi cərimə və sanksiyalar üzrə daxilomaların azalmasına müsbət təsirini göstərib.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər