330x110
 

Yevlaxda su təchizatı və kanalizasiya sistemi yenidən qurulacaq

13.11.2019,16:38


13 noyabr, Fineko/abc.az. Prezident İlham Əliyev Yevlax şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin icrası ilə bağlı tədbirlər haqqında Sərəncam imzaladı.

Sərəncama əsasən, Yevlax şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması məqsədilə “Azərsu” ASC-yə 5 milyon manat ayrıldı.