Cari ildə DGK dövlət büdcəsinə 3 mlrd. manatdan çox vəsait daxil edib

16:46 - 13.11.2019


13 noyabr, Fineko/abc.az. Cari ilin yanvar-oktyabr aylarında Dövlət Gömrük Komitəsi tərəfindən dövlət büdcəsinə daxilolmalar 3 milyard 645 milyon 325 min manat olub.

Bu barədə Dövlət Gömrük Komitəsi məlumat verilib.

Qeyd olunur ki, on ayda gömrük rüsumları üzrə dövlət büdcəsinə daxilolmalar 909 milyon 323 min manat, əlavə dəyər vergisi üzrə 2 milyard 482 milyon 65 min manat, aksizlər üzrə 217 milyon 320 min manat, yol vergisi üzrə isə 36 milyon 612 min manat təşkil edib.

 

 

Bütün xəbərlər