Bank sektorunun aktivləri artıb - 7 Faizə yaxın

12:49 - 14.11.2019


14 noyabr, Fineko/abc.az. Bank sektorunun aktivləri ilin əvvəli ilə müqayisədə 6,3 faiz (1,9 milyard manat) artaraq sentyabrın 30-a 31,4 milyard manat olub.

ABC.AZ xəbər verir ki, bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının idarə heyətinin sədri vəzifəsini icra edən İbrahim Alışov deyib.

Onun sözlərinə görə, banklar kreditləşmə fəaliyyətini aktivləşdirib və növbəti dövrdə maliyyələşmənin davam etdirilməsi üçün yetərli likvid resurs və kapital buferi formalaşıb. İ.Alışov qeyd edib ki, müştərilərə verilən kreditlər 13 milyon 872 manat, o cümlədən biznes subyetklərinə 8539 manat, mikro, kiçik və orta sahibkarlıq subyektlərinə 2 milyon 22 min manat olub:"Likvid aktivlər 8 milyon 213 min manat, cəmi aktivlər 31 milyon 363 manat olub. Prudensial normativlər üzrə tələblərin yumşaldılması sahibkarlıq subyektlərinin maliyyələşdirilməsini stimullaşdıracaq. Kiçik və orta biznes subyektlərinə verilən biznes kreditləri üzrə risk dərəcəsi (milli valyutada 100 faizdən 50 faizədək) və ixracın (qeyri-neft sektoru üzrə) maliyyələşməsinə yönəlmiş biznes kreditləri üzrə risk dərəcəsi (milli valyutada 75 faizdən 50 faizədək, xarici valyutada 100 faizdən 75 faizədək) azaldılıb”.

 

Bütün xəbərlər